Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

SƏBR VƏ DÖZÜM

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 00:15)
Reytinq:rating 436 article (0)
Oxunmuş:46
Fikirler:0
screenHəqiqi səbri yalnız imanın yanında axtarmaq lazımdır. Həqiqi səbr edən düzgün mömindir. İman və səbrin əlaqəsi o qədər səmimi və bir-birinə bağlıdır ki, rəvayətlərdə onların ikisinin baş və bədən ifadəsi ilə adları çəkilibdir.
«Əssəbru minəl imani bi mənzələtir–rəsi minəl cəsəd».
“Səbrin imana nisbətən mövqeyi, başın bədənə nisbətən olan mövqeyidir”. Bu təbir imanın həyatı və mömininin inkişaf və tərəqqisinin, onun səbrinin sayəsində





olduğunu, səbirsiz möminin imanının get-gedə aradan getməsini bəyan edir. İmanla yaşamaq və öz vəzifə və borcunu yerinə yetirmək səbirsiz mümkün deyil. Bu səbəbdən səbr barəsində olan rəvayətləri üç hissəyə – itaət bərabərində olan səbr, günah bərabərində olan səbr və müsibət üz verən zaman səbr etməyə bölmüşlər. Allaha bəndəlik, Şeytan qarşısında dözüm – hamısının qarşısında səbrə ehtiyac var.






Mömin insanın yaşayışında qarşılaşdığı çətinliklərin müxtəlif əsərləri var. Allah yolunun çətinlikləri və müsibətlərinin qiymətli əsərlərindən biri insanın inkişaf və kamilliyidir. Yəni, Alah yolunun çətinlikləri, həmişə insanın inkişaf





səviyyəsini formalaşdırır. necə ki, Əli (ə) buyurur: İnsan imanın həqiqətini bu üç xüsusiyyətə malik olmasa dərk edə bilməz: Dindən xəbərdar olmaq, çətinliklərin qarşısında səbrli olmaq və yaşayışını idarə etməkdə yaxşı tədbirli olmaq. Görün ki, həyat çətinlikləri qarşısında insanın səbr etməsi imanın həqiqətini dərk etməyə zəminə yaradır.






Allah yolunda çəkilən çətinliklər və müsibətlərin başqa bir təsiri axirətdə insana nəsib olan səvab və nemətlərdir. İmam Sadiq (ə) belə buyurur: Allah insana həyatın çətinlikləri, xəstəliklər, qohumların müsibəti, iqtisadi problemlər və dünya





bəlaları ilə öz nəzər diqqətində yer verir ki, ona səbr və əcr əta etsin. Bəzən isə kamillik və behişt nemətlərinə yetişmək, yalnız həyatın çətinlik və müsibətlərindən keçməklə müyəssər olar. Bu barədə bir rəvayətə diqqət edin.






İmam Sadiq (ə) buyurur: Bəzən bəndənin Allah yanında dərəcə və məqamı olur. Lakin bəndə bunu öz əməlinin vasitəsi ilə əldə etmir. Buna görə də Allah onu xəstəliyə, fəqirliyə və ya övlad müsibətinə mübtəla edir. Əgər bu bəlaların qarşısında səbr




edərsə Allah ona o dərəcə və məqamı verir. Bu imam Hüseyn (ə)-ın sözləridir ki, öz yol yoldaşlarına buyurur:
«Fələmu ənnəllahə innəma yəhəbul mənaziluş-şərifətə li ibadihi bi ihtimalil məkarihi».





«Bilin ki, Allah çətinliklərə dözməklə bəndələrinə dəyərli məqam və dərəcə verir».
Yaşayışın gətirdiyi çətinlik və müsibətlər üçün deyilən qiymətlərə nəzər salmaqla






belə nəticə almaq olar ki, imanlı insanlara üz verən müsibət və çətinliklərin iki cəhəti vardır: Biri xoşa gəlməz və pis olan zahiri cəhəti, digəri isə çox gözəl olan həqiqi cəhəti. Bu cəhətdən də rəvayətlər, müsibətləri möminlər üçün ilahi hədiyyə və töhfə kimi tanıtdırır.
«Əl məsaibu minhun minəllah».
«çətinliklər Allah tərəfindən hədiyyədir».





Odur ki, görürük Allah peyğəmbərləri və övliyaları, müsibətlərin gözəl üzünü görürlər və onun qarşısında təslim və razı olurlar. Yəni, müsibətin baş verməsi ilə bağlı heç bir şikayət və giley-güzar olmadığından əlavə razı və şaddırlar.
Həqiqəti görən Zeynəb, müsibətlərin və çətinliklərin gözəl və həqiqi üzünü




gördükdə, onlara yaxşı gözlə baxır və onların qarşısında səbr edir. Zeynəbin həyatı həmişə – uşaqlığından bəri, böyük müsibətlərlə yoldaş olub, babası Peyğəmbəri əldən vermək müsibəti, anası Fatimənin müsibətləri, atası həzrət Əli (ə)-ın şəhadət müsibəti, qardaşı imam Həsən (ə)-ın şəhadət müsibəti və Kərbəlanın saysız-hesabsız üzücü müsibətləri ki, dünyanın ən böyük müsibəti sayılır. Zeynəb bu müsibətlərlə






səbr və düşüncə ilə qarşılaşdığından onun adı səbrlə qoşa çəkilir. Zeynəbin səbrini övladları, qardaşı, qardaşı balaları və başqa qohumlarının şəhadətində müşahidə etmək olar. Xanımın səbrini südəmər uşağın atası Hüseyn (ə)-ın qucağında şəhid olarkən tamaşa etmək olar. Onun səbrini imam Hüseyn (ə)-ın və başqa şəhidlərin





cəsədləri yanında imam Səccad (ə)-a ürək-dirək və təsəlli verərkən görmək olar. Və nəhayət həzrət Zeynəb səbrinin əzəmətini, onun İbni Ziyad qarşısında, bütün bu müsibətlərə gözəl mövqeyini bəyan edəndə görmək olar.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN