Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

TƏFƏKKÜR VƏ TƏDBİR

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 00:23)
Reytinq:rating 438 article (0)
Oxunmuş:27
Fikirler:0
screenZeynəbin mühüm xüsusiyyətlərindən biri onun elmi və savadıdır ki, bunun dərinliklərini onun çıxış və nitqlərində görmək olur. necə ki, imam Səccad (ə) Kufə bazarında Zeynəbin bu xüsusiyyəti ilə iftixar etdi və buyurdu:




«Ənti bihəmdillahi alimətun ğeyru muəllimətun və fəhimətun ğeyru mufəhhəmətun».
“Allaha şükr olsun ki, sən təlim olunmamış alim və öyrədilməmiş müdriksən”.
Zeynəb bütün mərhələlərdə öz vəzifəsi ilə tanış idi. Sükut edilməli yerdə sükut,




fəryad edilməli yerdə fəryad və canfəşanlıq edilməli yerdə canfəşanlıq edirdi. Əhli-beyt karvanını idarə etməkdə isə tədbiri çox heyrətamiz idi. Qadının şəfqət və hissiyatlarla dolu olmasına baxmayaraq, heç vaxt bu hissiyat Zeynəbin düşüncə və




tədbirinə qalib olmadı, onu öz ilahi vəzifəsindən qafil etmədi. O, ən qorxulu səhnələrdə düşüncə ilə davrandı və buna görə də “Əqileye bəni haşim” yəni, bu xanədanın bilikli qadını adı ilə tanındı.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN