Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

HƏRƏMİN ASTANASINDA

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 00:38)
Reytinq:rating 442 article (0)
Oxunmuş:37
Fikirler:0
screenKarvan anbaan Mədinəyə yaxınlaşırdı. Həzrət Peyğəmbərin pak qəbrinin ətri duyulurdu. Əzizlərin yoxluğunun xatirəsi əvvəlkindən daha çox hiss olunur və dərdlər bir-birinin ardınca təzələnirdi. Hamı bunu düşünürdü ki, imamın şəhadət xəbərini Mədinə xalqına necə çatdırsın, Mədinəyə necə daxil olsunlar və necə qalsınlar?





O Mədinə ki, Hüseyni yoxdur, Əbbası yoxdur, Əliəkbəri, Ounu, Cəfər və s.. yoxdur. Bu yoxluğa dözməyə necə bacarmaq olar? Karvan əhlinin hər biri babaları Peyğəmbərin pak qəbrinə ürək dərdlərini deyir, dözdükləri böyük müsibət, əziyyət və çətinliklərdən gileylənirdilər.





Karvan imam Səccad (ə)-ın göstərişi ilə Mədinə yaxınlığında dayandı. Yükləri açdılar, xeymələri qurub, qadın və uşaqları aşağı endirdilər. Camaat Mədinəyə daxil olmazdan qabaq böyük bir xəbərdən agah olmalıdır. İmam, Bəşir ibni Cəzləmi çağırır:
Bəşir! Allah sənin atana rəhmət etsin ki, şair idi, sənin də şairlik qabiliyyətin varmı?




Bəli, ey Allah Rəsulunun övladı, mən də şairəm.
Mədinəyə get və Hüseyn (ə)-ın şəhadət xəbərini Mədinəyə çatdır.
Bəşir deyir: Ata minib Mədinəyə doğru tələsdim.
Peyğəmbər məscidinə gəlib gözlərimdən yaş axa-axa şivən ilə fəryad etdim. Bu şeri qoşub uca səslə oxudum:







<center><table><tr><td>
Ya əhlə yəsribə la muqamə ləkum biha
Qutiləl Huseynu fəədmui midrar
Əlcismu minhu bi kərbəla muzərrəc
Vər-rəsu minhu ələl qənati yudar
</td></tr></table></center>





Ey Mədinə camaatı! Mədinədə qalmayın, çünki Hüseyn (ə) öldürülüb. Buna görə də gözlərimdən su sel kimi axır. Hüseynin cəsədi Kərbəlada qan və torpaq arasına düşüb və müqəddəs başını nizə üzərində, şəhərlərdə gəzdirirlər.






Bu vaxt fəryad qopardım: Ey Mədinə camaatı! İndi Əli ibni Hüseyn öz bibiləri və bacıları ilə Mədinənin yaxınlığındadır. Mən imam Səccadın sizin tərəfinizə göndərdiyi şəxsəm və onun yerini sizə göstərəcəyəm.
Bəşir deyir: Qadınlar hamısı şivən edən halda evlərdən bayıra töküldülər. Mən camaatı heç bir zaman o günkündən çox ağlar görmədim və müsəlmanlar üçün o gündən




acısını müşahidə etmədim. Mədinə camaatı Bəşirlə birgə Əhli-beytə doğru tələsdilər. İmam Səccad camaat üçün xütbə oxudu və Allahın onlara nəsib etdiyi və öhdəsindən gəldikləri böyük bir imtahan üçün Allaha şükr deyib, hamını Peyğəmbərin pak ailəsinə üz verən böyük müsibətlər, çətinliklər və hadisələrdən xəbərdar etdi.




Camaat şivən edə-edə Əhli-beytlə birlikdə Mədinəyə daxil olurdu. Əhli-beytin gözü Peyğəmbərin pak qəbrinə düşcək “Va Məhəmməda” fəryadı ucaldı və Peyğəmbərlə dərdləşməyə başladılar. Ey Allahın Rəsulu! Sənin Hüseynini susuz şəhid etdilər və Əhli-beyti əsir tutdular. Mədinə camaatı onların səsinə səs verdilər. Ağlamaq və




şivən səsləri qarışdı. Bütün Mədinə ağladı. Sanki darvaza və divar da ağlayırdı. Zeynəb Peyğəmbərin məscidinə yetişən kimi qapının iki tərəfini tutub belə dedi: Ey Allahın Rəsulu! Mən Hüseynin ölüm xəbərini gətirmişəm sənə. Ondan sonra Zeynəbin gözləri həmişə yaşlı olardı. İmam Səccada baxanda dərdi, qəmi təzələnərdi.




Təbidir ki, Zeynəb sakitləşmir və Aşura hadisələrini danışmaqla camaatda dəyişiklik edir, həyacanlandırırdı. Camaat oyanır və imam Hüseynin intiqamını almaq üçün ayağa qalxırdı.



İmam Hüseyn (ə) bir dəfə şəhadətə yetişdi, amma onun carçıları öz haqtələb fəryadlarını islam və bəşəriyyət aləminə yetirdilər.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN