Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

Hərəmin astanasında Vəfat

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 00:50)
Reytinq:rating 444 article (0)
Oxunmuş:38
Fikirler:0
screenXanım Zeynəbin Yezidin sarayında və imam Səccadın Şam məscidindəki təsirli və ifşa edici çıxışları. Müaviyənin Əhli-beyt (ə) əleyhinə olan 40 illik zəhərli təbliğatına son qoydu. Bəni Üməyyənin cinayət və azğınlıqları ifşa edildi.
Onların çirkinlikləri aşkar olundu. Şam camaatı özlərinə gəlib, uzun illər islam və






Peyğəmbərin canişini adı ilə onlara hakimlik edən Müaviyə və Yezidin qan içən bir vəzifəpərəst olduqlarını başa düşdülər.
Belə rüsvay olacağını güman etməyən Şam hökuməti Əhli-beytin Şama gəlişi, nitqləri və camaatın agahlığı ilə öz mevqeyini təhlükədə görüb çarə axtarmaq fikrinə düşdü. Şam





hökumətinin, ümumi fikirlərlə razılaşmaq və millətin qəzəbini soyutmaqdan başqa çıxış yolu qalmadı. Buna görə də Əhli-beytlə xoş davranmağı qərara aldı. Belə ki, Əhli-beytin Seyyidüş-şühəda (ə) üçün üç gün əzadarlıq məclisi qurması istəyini yerinə yetirdi, hətta Şam sarayının qadınları da məclisdə iştirak edirdilər. Günlər keçdikcə Şam camaatı ayılır və Şam hökumətinin əməllərinə daha da qəzəblənirdilər.





Bu səbəbdən Yezid Əhli-beytin Şamda qalmağını özünə və hökumətinə məsləhət görməyib, karvanı ilk fürsətdə Mədinəyə göndərməyi qərara aldı. Karvanı onunla birgə Mədinəyə göndərmək üçün, Peyğəmbər səhabələrindən olan nöman ibni Bəşiri yanına çağırdı. nöman səfər boyunca Allahın peyğəmbərinin xanədanı ilə mehriban davranır və imkan qədərincə onların istəklərini yerinə yetirirdi.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN