Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

YEZİDİN QARŞISINDA

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 21:55)
Reytinq:rating 453 article (0)
Oxunmuş:35
Fikirler:0
screenSeyyidüş-şühəda (ə)-ın başını Yezidin qarşısına qoydular. Bu vaxt Əhli-beyt əsirlərini məclisə daxil etdilər. Seyyidüş-şühəda (ə)-ın qızının gözləri Şamın kəsilmiş başına düşdü. O, ucadan elə nalə etdi ki, bütün məclisə vəlvələ düşdü.





Amma Zeynəb qardaşının başını gördükdə həzin və dərdli bir səslə ürəkləri qəmləndirdi, nohə oxumağa başladı:
«Ya Huseyna, ya Həbibəllah, yəbnə Məkkətə və mina, yəbnə Fatimətəz-zəhra səyyidəti nisai, yəbnə bintəl Müstəfa».





“Ey Hüseyn! Ey Allahın istəklisi! Ey Məkkə və Mina övladı, ey bütün qadınların sərvəri olan Fatimeyi Zəhranın oğlu! Ey Peyğəmbər qızının oğlu.
Ravi deyir: Allaha and olsun, məclisdəkilərin hamısını ağlatdı. öz mənsəbpərəstliyi ilə məst və məğrur olan şərabxor Yezid sakit oturub əlindəki əsa ilə imamın müqəddəs






dişinə vurur və deyirdi: Kaş mənim Bədr döyüşündə iştirak edən və Xəzrəc qəbiləsinin, oxların vurduğu ziyandan əziyyət çəkdiyinin şahidi olan böyüklərim bu gün məclisdə şadlıqlarından qışqırıb deyəydilər: Yorulmayasan, ey Yezid! Onların böyüklərini, rəhbərlərini öldürdük və Bədr gününün əvəzini çıxdıq. Haşim qəbiləsi səltənətlə





oynadılar. nə göydən bir xəbər gəlib, nə də vəhy nazil olub. Əhmədin acığını balalarından çıxmasam, Xəndəf qəbiləsindən deyiləm.
“Bu evlərdə Peyğəmbərdən, din və Qurandan heç bir xəbər yoxdur. Gördüklərimiz cahillik dövrünün qisas xatirələrinin təzələnməsidir. Qanı qanla yuduq.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN