Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

İMAMI XİLAS ETMƏK

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 21:59)
Reytinq:rating 455 article (0)
Oxunmuş:37
Fikirler:0
screenİbni Ziyad Zeynəbin şücaətli və təsirli cavablarına mat qaldıqdan sonra imam Səccad (ə)-a baxıb dedi: Kimsən? İmam buyurdu: Əli ibni Hüseyn.
Bəs Allah Əli ibni Hüseyni öldürmədi? – İmam sakit qaldı.





niyə danışmırsan?
Əli deyilən bir qardaşım var idi, camaat onu öldürdü.
Yox, onu Allah öldürdü.
İmam cavabında bu ayəni oxudu:





«Əllahu yətəvəffəl ənfusə hiynə movtiha».
«Allah canları ölüm vaxtı bütünlüklə alır».
İbni Ziyad əsəbləşdi və dedi: Hələ də mənimlə belə danışmağa cürətin var? Onu aparın və boynunu vurun.




Bu vaxt Zeynəb imamdan yapışıb buyurdu: Ey Ziyadın oğlu! Bu qədər qanımızı tökdün bəsdir. O, İmamı qucaqlayıb dedi: Ondan ayrılmaram. Əgər onu öldürsən məni də onunla öldür.





İbni Ziyad bir neçə an onların ikisinə baxıb dedi: «Əcəbən lirrəhmi!» “Qohumluq qəribə şeydir!” Allaha and olsun, bu qadın istəyir öz qardaşı oğlu ilə öldürülsün. Onu buraxın. Zənnimcə bu xəstəlik onu ayaqdan salar. Bu yolla Zeynəb başqa bir dəfə öz himayə və canfəşanlığı ilə imamını qoruyub, onu İbni Ziyadın cəlladlarının əlindən xilas etdi, bununla da İmamət və Vilayəti qorumaq dərsini hamıya öyrətdi.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN