Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

İBNİ ZİYADIN SARAYINDA

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 22:07)
Reytinq:rating 458 article (0)
Oxunmuş:27
Fikirler:0
screenQürur badəsi ilə məst olan İbni Ziyad özünü həmişəkindən qüdrətli görürdü. öz qüdrətini göstərib Kufə camaatını qorxutmaq üçün onların hamısına öz sarayında keçirdiyi məclisdə iştirak etməyə icazə verdi. O, hər şeyin tamamlandığını güman edib





Yezidin qoşununun qələbəsini bu məclisin keçirilməsi ilə bayram etmək istəyirdi. Ona görə də Seyyidüş-şühəda (ə)-ın mübarək başının gətirilməsinə fərman verdi. İmamın başını onun qarşısına qoydular. İbni Ziyad gülür və əsası ilə o Həzrətin dişlərinə vururdu. O, öz xam xəyalı ilə böyük qələbə əldə etmişdi.




Əsirlərin karvanını İbni Ziyadın məclisinə gətirdilər. Zeynəb (s) köhnə paltarda tanınmaz şəkildə bir guşəyə çəkildi və orada əyləşdi. Əhli-beytin başqa qadınları da onun ətrafına yığışdılar.





İbni Ziyad dedi: O qadın kim idi ki, öz kənizləri ilə kənarda oturdu? Zeynəb (s) cavab vermədi. İbni Ziyad ikinci və üçüncü dəfə də həmin sualı təkrar etdi. Qadınlardan biri dedi: Bu Peyğəmbər balası Fatimənin qızı Zeynəbdir. İbni Ziyad üzünü Zeynəbə tutub dedi: “Şükr olsun o Allaha ki, sizi rüsvay etdi, öldürdü və göstərdi ki, sizin dedikləriniz yalandan başqa bir şey deyildir.”




“Zülmdən başqa dayağı olmayan bir zülümkar üçün, onun qüdrətini saymamazlıqla məsxərə etməkdən dərdli danışıqları üçün məzəmmət olunmazlar.
İbni Ziyad özünü Zeynəbin sözünün qarşısında aciz görüb dedi:





Sənin qohumlarının və nəslinin böyük itaətsizliyi ürəyimdə bir dərd idi. Allah o dərdə şəfa verdi. Bu sözlə Zeynəbin qəlbi sındı və ağlayaraq dedi: Mənim sərvərimi öldürdün, xanədanımı məhv etdin, bizim kök və budağımızı vurdun: Əgər sənin şəfan bundadırsa, şəfa tapdın.
İbni Ziyad dedi: Bu qadın gözəl danışır. Atası da mahir idi, gözəl üslub və ahənglə danışırdı.



Zeynəb (s) buyurdu: Qadınların ahənglələ nə işləri? İndi mənim şer söyləmək vaxtımdırmı? Ürək yanğısından başqa dilimə bir şey gəlmir.




Bununla Əlinin şücaətli qızı Zeynəb (s) ürəyində qorxuya yol vermədi, təsirli və kəsərli sözləri ilə, İbni Ziyadı öz qüdrətini göstərmək üçün məclisə yığdığı camaatın gözləri qarşısında rüsvay etdi, Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərini ifşa etdi. Əli qızı dilləndi. Dilləndi amma elə bil indiyəcən heç nə baş verməmişdir. nə




onun bir adamını öldürüblər, nə də özünü əsir tutublar. Elə bil, cavabını vermək istədiyi bu kişi ən adi bir işarə ilə onu və bütün yoldaşlarını öldürə bilməzdi.
- Şükr olsun o Allaha ki, öz peyğəmbəri Məhəmməd (s) ilə bizə kəramət buyurub,




çirkinliklərdən pak etdi. Yalnız günahkar rüsvay olar və günahkar yalan danışar. Şükr olsun o Allaha ki, o biz deyilik, başqasıdır.
İbni Ziyad dedi: Allahın Əhli-beytlə davranışını necə gördün?
Zeynəb cavab verdi: Onlar bir dəstə idilər ki, Allah, şəhadəti onlara müqəddər




etmişdi. Onlar öz qəbrlərinə tərəf tələsdilər və mən burada gözəllikdən başqa bir şey görmədim. Allah səninlə onları bir araya gətirəcək və sən onlarla üzləşəcəksən. İndi gör qalib və xoşbəxt kimdir. Ey Mərcanənin oğlu! Anan matəmində otursun.
Ravi deyir: Bu sözlərdən sınan İbni Ziyad elə atıldı ki, guya Zeynəbi öldürəcəkdi. İbni Ziyadın ətrafındakılardan biri dilləndi: Ey Əmir! Bu qadındır
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN