Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

MİNBƏR ÜZƏRİNDƏ

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 22:10)
Reytinq:rating 459 article (0)
Oxunmuş:28
Fikirler:0
screenİmam Zeynəlabidin (ə) o günlərdə bərk xəstələndiyindən taqətsiz idi. Camaatın şivən qoparıb ağladığını gördükdə yavaşca belə buyurdu: Bunlar bizə ağlayırlar?! Bəs bizi kim öldürdü?
Bu vaxt Zeynəb (s) əli ilə işarə edib hamını sakitləşdirdi. Bütün səslər kəsildi. Dəvələrin zınqırovları işdən düşdü. Belə ki, yalnız nəfəslər eşidilirdi.
Zeynəb (s) xütbə oxuyub kufəlilərin yatmış vicdanını oyatdı. Kufəlilər hələ indi






gözlərini açıb, Əhli-beytin haqqında çox böyük cinayət işlətdiklərini və heç bir yolla aradan getməyəcək böyük bir rüsvayçılıq törətdiklərini gördülər.
Zeynəb (s) elə bəlağətlə danışırdı ki, elə bil Əli (ə) nitq söyləyirdi.
Ravi belə deyir: Mən heç vaxt belə şücaət və əzəmətlə danışan iffətli və həyalı qadın görməmişdim.




Ustad Şəhid Mütəhhəri demişkən: Əli şücaəti, qadınlıq həyası ilə qarışmışdı.
Zeynəb (s) iffət və həya ilə öz sözlərini Allaha həmd və səna etdikdən, Peyğəmbərə, onun pak, seçilmiş xanədanına salamdan sonra belə buyurdu:




Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar camaat! Heç bir zaman gözlərinizin yaşı qurumasın. Siz o qadına bənzəyirsiniz ki, öz əyirdiyi ipləri bir dəfəyə zay edir. nə sizin peymanınızın dəyəri var, nə də sizin andınızın etibarı. Faydasız sözdən, özünə pərəstişdən və üzdə yaltaq kənizlər kimi yaltaqlanıb, arxada düşmənlə saziş etməkdən başqa nə varınızdır. Siz peyinlikdə bitən yaşıl və təzə bitkiyə oxşayırsınız. Siz bəzənmiş qəbrin divarlarının suvağına oxşayırsınız. O dünya üçün pis azuqə




hazırlamısınız! Allah qəzəbi, Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli, ağlayın, and olsun Allaha ki, ağlamağa layiqsiniz. çox ağlayın və az gülün. Qazandığınız çirkinliklərə niyə ağlamayasınız? Heç bir su ilə yuyulmayan çirkinlik! Peyğəmbər balasını və behişt cavanlarının ağasını öldürməkdən pis nə çirkinlik ola bilər?! Sizin yolunuzun çırağı və qara gününüzün dostu olan bir insanı! ölün və xəcalətli başınızı aşağı salın. Bir anda öz keçmişinizi bərbad etdiniz və gələcəyiniz üçün heç bir şey əldə etmədiniz.





Bundan sonra siz gərək xar və məğlub yaşayasınız, çünki siz özünüzə Allah qəzəbi qazandınız. Elə bir iş gördünüz ki, az qalıb göy yerə düşə və yer parçalana, dağlar bir-birinə dəyə. Bilirsiniz ki, necə bir qan axıdıbsız? Bilirsiz, hicabsız halda küçə və bazarlara gətirilmiş qadın və qızlar kimlərdir? Bilirsiz ki, Peyğəmbər ciyərini parçalamısınız? nə qədər çirkin və ağılsız iş görmüsünüz. Elə bir iş ki, onun




çirkinliyi dünyanı başdan-başa doldurub. Göydən qan damlalarının yağmasına təəccüb edirsiniz?! Amma bilin ki, axirətin əzab və xarlığı çətin olacaq. Əgər etdiyiniz işə Allahın qəzəbi tutmursa rahatlanmayın. Allah günahın cavabını dərhal vermir, amma məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını edir.
Zeynəbin dağlı qəlbindən və imanlı ürəyindən gələn təkanverici və bəlağətli sözlər Kufə camaatına od vurdu. Ravi belə nəql edir: And olsun Allaha, o gün camaatı çox




heyran və pərişan gördüm. narahatlıqdan əllərini ağızlarına qoyub təəssüf edir və ağlayırdılar. öz yanımda bir kişini gördüm ki, ağlamaqdan üzünün tükləri göz yaşı ilə islanmışdı və Əhli-beytə xitab edərək belə deyirdi: Anam-atam sizə qurban olsun, sizin yaşlılarınız yaşlıların ən yaxşısıdır, cavanlarınız, cavanların ən yaxşısıdır, qadınlarınız, qadınların ən yaxşısıdır və nəsliniz, nəsillərin ən yaxşısıdır. Onlar hamıdan üstün və ucadırlar.




Zeynəbin sözü qurtarmağa az qalmış imam Səccad (ə) buyurdu: Bibican! Sakit ol, gərək qalanlar keçmişlərindən ibrət alsınlar. Həmd olsun Allaha ki, sən təlim görməmiş alim və öyrədilməmiş müdriksən. Ağlamaq və nalə çəkmək gedənləri qaytarmaz.
İmamın bu sözləri Zeynəbin vəhy çeşməsindən içmiş və bəşər elmindən yuxarı səviyyəli bir elmdən bəhrələnmiş əzəmət və cəlalını aşkar edirdi. O, vilayət məktəbində dərs oxumuş və ürəyi elm, mərifət nuru ilə işıqlanmışdı.




Zeynəbin, Əli sözlərinə oxşar sözlərində bəzi məqamlar var ki, onun bilikli və ziyalı olmasına sübutdur. Onlardan bəzisinə toxunuruq:
1.Onun əhatəli kəlamı və bəyanının bədiiliyi o qədər idi ki, bəziləri danışanın Əli (ə) olduğunu zənn etdilər.




2.Kufə camaatını tanıtdırması, onların şəxsiyyətlərini bəyan etməsi, cəmiyyət, ruhiyyə və geriyə oturmalarının amillərinə olan dərin elmini göstərir. Bu fərasət cəmiyyət və camaatı tanımaqda atasından yetişən mirasdır. Ərəb ədiblərindən biri olan Cahizin dediyi kimi ki, Əli (ə) hər bir tayfanın ruhiyyə və xislətini yaxşı tanıyır və onlara uyğun danışırdı.
Zeynəb (s) elə danışdı ki, hamıda dəyişiklik yaratdı və onlar öz əməllərindən peşiman oldular.





3.Düşmənin Kərbəlada Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərin əsərini bəyan etməsi və həmçinin o cinayətin böyüklüyünü izah etməsi camaatı bu cinayətin dərinlikləri ilə daha çox agah edib onların ayılmasına səbəb oldu və onları düşmənlə mübarizəyə qaldırdı. Elə qiyamlar baş verdi ki, Bəni Üməyyə səltənətini alt-üst edib, Kərbəla canilərindən qanlı qisas aldı.





Bu həzrət Zeynəbin aşura təbliğatının bir nümunəsi idi.
Bəzi tarix kitablarında belə nəql olunub ki, Zeynəbdən sonra kiçik Fatimə və Ümmü Gülsüm də xütbə oxuyaraq, Kufə camaatını məzəmmət edib danladılar və həmçinin bəzi başqa kitablarda həzrət Səccad (ə)-dan da xütbə nəql olunub.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN