Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

TƏBLİĞAT KARVANINDA

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 22:19)
Reytinq:rating 462 article (0)
Oxunmuş:28
Fikirler:0
screenTəbliğat karvanında
Kufəyə doğru
Kufə və kufəlilər
Minbər üzərində
İbni Ziyadın sarayında
Zeynəb məktəbindən dərslər
İmamın əzəməti
Gözəl baxış
İmamı xilas etmək
Şama doğru
Yezidin qarşısında
Əbədiyyat danışığı
Qorxmazlıq zirvəsində
Zeynəbin sözlərinə bir neçə işarə
Qar qovluq və murdarlığın kökləri
Allah və şeytan dəstələri
Hicab və iffətin qiyməti
Düzgün fikir





Zeynəb-Kubra və başqa bir vəzifə
Bundan sonra Kərbəla tarixi və Zeynəbin davranışında təzə bir səhifə açılır. İndi Zeynəb, rəhbəri Seyyidüş-şühəda (ə) və himayəçiləri Əbbas, Əliəkbər, Bəni Haşimin və imam Hüseyn (ə)-ın vəfalı səhabələri olan karvana başçıdır. Həmin kişilər ki,





karvandakı uşaqların, xanımların ümidi və sığınacaqları idilər, onların vücudu Əhli-beytə təssəli idi. Bu himayələr sayəsində Seyyidüş-şühəda (ə)-ın həyatının son anlarına qədər düşmən xeymələrə yaxınlaşmağa və Əhli-beytə bir şey etəməyə cürət etmirdi. Əba Əbdillahın döyüş anındakı «La hovlə vəla qüvvətə illa və billah»




fəryadları onların ürəyinə sakitlik bəxş edir və onlara təsəlli verirdi.
İndi, əzizlərinin ən yaxşısı şəhid olduqdan, qarət olunduqdan, xeymələrə od vurulduqdan, düşmənin amansız cəlladlığından çəkilən əzab-əziyyət, iztirab və pərişanlıqlara dözdükdən sonra və şəhidlərin qana boyanmış parça-parça olmuş





cəsədlərinə tamaşa etdikdən sonra, bu qəlbi dağlılar bəşər tarixi boyunca uzanan bir hərəkət və əbədiyyət ucalığı qədər fəryad karvanına bənzəyirdi. Bunlar ən böyük, ən ilahi bir qiyamın müjdəçiləridirlər. Onun dəyəri Allahın ən yaxşı məxluq və vəfalı dostlarının qanı ilə verilibdir. Bu karvanın rəhbəri imam Səccad (ə)-dan sonra, Peyğəmbərin xanədanından olan böyük bir qadındır ki, dağlar onun möhkəmliyi




qarşısında heyrətə gəlir. O, Əlinin rəşid qızı və Fatimənin elmli övladıdır ki, Bəni Üməyyənin zülm və cinayət saraylarını bir-birinə vurub alt-üst edir. O, Zeynəbdir ki, öz imamının fərmanı ilə Fatimənin əzizlərindən ibarət karvana böyüklük edir və ən böyük müsibətlərə dözdükdən sonra, imam Hüseyn (ə) və onun fədakar dostlarının qanlı xəbərini insanların qulağına yetirir.



İndi bu karvan, əziyyət çəkmiş, öz əzizlərini əldən vermiş qadın və uşaqlarla, Zeynəbin rəhbərliyi ilə öz əzəmətli və tarixi hərəkatını başlayır.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN