Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

ZEYNƏBİN İMAMI SAKİTLƏŞDİRƏN SÖZLƏRİ

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 22:22)
Reytinq:rating 463 article (0)
Oxunmuş:24
Fikirler:0
screenÜmmü-Əymən çox möhtərəm bir qadındır. Zahirən Xədicəyə kənizlik eləmiş, sonralar isə, azad buraxılaraq Peyğəmbərin evində o həzrətin hörmət etdiyi şəxslərdən olmuşdur. O, bir kəsdir ki, Peyğəmbərdən hədis rəvayət edir. Bu qadın uzun illər Peyğəmbərin




evində idi. Peyğəmbərdən Zeynəbə bir rəvayət etmişdi.
Bu rəvayət ailəlik, yəni bu ailənin gələcəkdəki talehinə aid olduğu üçün, Zeynəb onun doğruluğuna əmin olmaqdan ötrü Əli (ə)-ın ömrünün sonlarında atasının yanına gəldi: “Ey






ata, mən Ümmi-Əyməndən bu cür bir hədis eşitmişəm, istəyirəm bir dəfə də sizdən eşidəm, görüm elədir, ya yox? Hamısını danışdı. Atası təsdiq edib buyurdu: “Ümmü Əymən düz deyib, elədir. Zeynəb o şəraitdə bu hədisi imam Zeynəlabidin üçün nəql edir. Bu hədis də gəlmişdir ki, bu hadisənin bir fəlsəfəsi vardır. Olmaya, bu şəraitdə xəyal edəsiz





ki, Hüseyn öldürülüb, aradan getdi. Qardaşoğlu! Babamızdan belə rəvayət olunmuşdur ki, Hüseyn (ə) indi onun cəsədini gördüyün yerdə kəfənsiz dəfn olunacaq və bura – Hüseynin qəbri təvaf yeri olacaqdır.
Kələcəkdə buranın pak müxlis insanların Kəbəsi olacağını Zeynəb imam Zeynəlabidin (ə) üçün rəvayət edir.



Zeynəbi-Kubranın babasından sonra ona çatmış xəbər gerçəkləşdi. Seyyidüş-şühədanın pak məqbərəsi tarix boyu Allah eşqi və Allah yolunda cihadın cilvələndiyi məkana çevrildi. Möminlər, azad insanlar və ədalət aşiqləri Hüseynin kəbəsinin dövrəsini təvaf etməklə düzgün yaşayış üsulunu o Həzrətdən ilham alırlar.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN