Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

İMAM SƏCCAD (Ə)-A TİBBİ YARDIM

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 22:25)
Reytinq:rating 464 article (0)
Oxunmuş:32
Fikirler:0
screenMəlum olduğu kimi, Seyyidüş-şühədanın şəhadətindən sonra Zeynəbi-Kubranın ən mühüm məsuliyyəti imam Səccad (ə)-ı qorumaq idi. Zeynəb özü ruhi təskinliyə ehtiyaclı bir vəziyyətdə olmasına və Əhli-beyt böyüyü hesab olunduğu üçün hərəmin qadın və uşaqlarının idarəsini üzərinə götürməsinə baxmayaraq, öz həssas vəzifəsini unutmur, onu gözəl surətdə yerinə yetirirdi. O, pərvanə kimi imamın nazənin vücudunun dövrəsinə dolanır, xidmət edirdi.





Şəhidlərin bədəni kənarında olan bu xidmətdən bir parçanı alim şəhid ustad Mütəhhərinin bəlağətli bəyanından eşidək:
“Aşura əsrində (axşam üstü), Zeynəb təcəlli edir. Ondan sonralar, ona tapşırılmışdır. Karvan başçısı odur. Yeganə kişi, o vaxt ağır xəstə olub, xidmətçiyə ehtiyacı olan




imam Səccad (ə)-dır. İbni Ziyadın ümumi əmrinə əsasən, Hüseyn övladlarının kişi cinsindən heç kəs sağ qalmamalıydı. Buna görə də, düşmənlər neçə dəfə imam Zeynəlabidini öldürmək üçün hücum etdilər. Lakin sonra özləri baxıb dedilər: Bu özü ölməkdədir. Və bu özü bir ilahi hikmət və məsləhət idi ki, həzrət imam Zeynəlabidin





bu vasitəylə diri qalsın və imam Hüseyn ibni Əli (ə)-ın müqəddəs nəsli davam etsin. Zeynəbin işlərindən biri imam Zeynəlabidin (ə)-a qulluq idi. On birinci gün günortadan sonra, əsirləri gətirib ağac parçasından palanı olan miniklərə (dəvə, qatır ya hər ikisi) mindirdilər və onlara əziyyət vermək üçün göz qoyurdular ki,





palanın üzərinə parça sərməsinlər. Sonra Əhli-beyt bir xahiş etdi və qəbul olundu. O xahiş bu idi: Dedilər; siz Allah, indi ki, bizi burdan aparırsız, Hüseynin qətligahından keçirin. çünki, istəyirik ki, əzizlərimizlə son dəfə vidalaşaq. Əsirlərin arasında, xəstə olduğu üçün, yalınz imam Zeynəlabidin mübarək ayaqlarını heyvanın qarnının altına bağlamışdılar, başqaları miniklərin üstündə sərbəst idilər.





Qətligaha çatan kimi hamı biixtiyar özlərini yerə atdılar. Zeynəb özünü Əba Əbdillahın müqəddəs bədəninə çatdırır, onu o vaxtacan görmədiyi bir halda görür. Başsız və paltarsız bir bədən görür və bu bədənlə aşiqinə söhbətə girişir. Elə yanıqlı nalə edir ki, düşmənin göz yaşı axır, dost və düşmən ağlayır.
Hüseynin əza məclisini ilk dəfə olaraq Zeynəb qurdu. Amma eyni zamanda öz vəzifəsini




də unutmurdu. Zeynəlabidinə baxmaq onun öhdəsindədir. Zeynəlabidinə baxdı, gördü ki, Həzrət bu vəziyyəti görməyindən elə narahatdır ki, elə bir indi canını tapşıracaq. Əba Əbdillahın bədənini qoyub, tez Zeynəlabidinin sorağına gəldi. Qardaş oğlu! niyə səni bir halda görürəm ki, ruhun bədənindən uçmaq istəyir. Bibican, öz əzizlərimin




bədənlərini görə-görə necə narahat olmayım? Zeynəb o şəraitdə Zeynəlabidin (ə)-a təsəlli verməyə başlayır. İmamın qəlbi bütün xilqətin əzəmət və böyüklüyü qədərdir. Müsibətlər nə qədər böyük olsa da, İmam ruhunun böyüklüyü qarşısında tabe və təslimdirlər.





Məsum imamın hadisələrə Allah tərəfindən verilmiş elmi, heç bir qaranlıq nöqtə qalmaması üçün ona bəsirət verir. Lakin bütün bunlarla yanaşı, məsum imamın şəhadəti, imamın özü qədər böyük və əzəmətlidir. Allah höccətinin bədəninin başsız, qüsl-kəfənsiz və tikə-tikə torpağa düşməsi bir müsibətdir ki, onun əzəmətini imam Səccaddan başqası dərk edə bilməz. çünki, imamın həqiqi məqamını imamdan başqası tanımaz. Bu tanıma və atası Hüseynin qətligahının acı mənzərəsinə bu baxış onu çox





yorur. Eyni zamanda o, gərək Zeynəbin cavabını da versin. Burdadır ki, buyurur: necə tabsızlıq etməyim, bir halda ki, atam Hüseyn, qardaşlarım, əmilərim və əmim oğlanlarımın qana bələnib, yerə düşdüklərini görürəm. nə bir kəs onları kəfənləyib və nə torpağa tapşırıb. Elə bil bunlar müsəlman deyillər.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN