Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

İMAM SƏCCAD (Ə)-IN MÜDAFİƏSİ

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 22:37)
Reytinq:rating 466 article (0)
Oxunmuş:23
Fikirler:0
screenİmam, yəni Allahın yer üzündə nümayəndə və canişini. Bütün mövcudatın həyatı və varlıq aləminin aramlığı İmamın vücudu səbəbindəndir. İmamət ailəsində böyümüş, Əli və Fatimə yetirməsi olan Zeynəb imamət məqamına bələddir, bu məqamın əzəmətini onun uca və dəyərli yerini yaxşı dərk edir, zəmanənin imamı qarşısında öz vəzifələrini gözəl bilir. Bu sözə ən yaxşı şahid isə, tarixin özüdür.




O, atası Əli (ə)-ın həyatı dövründə onun qızı olmasını nəzərə almaqdan, özünü atasının tapşırıqları qarşısında müti bilirdi. Qardaşı imam Müctəba (ə)-ın həyatı zamanında da bu qaydayda əməl edirdi. Qardaşı Hüseyndən itaəti isə, Kərbəla tarixində aydın görünür. O Hüseyni öz canı kimi sevirdi.




İndi imamət, qardaşının yadigarı imam Səccad (ə)-a çatmışdır. Hüseyn hərəminin qadın və uşaqlarının başçısı olan Zeynəb, heyrətamiz tədbir və müdriyyətlə bütün səhnələrdə hazırdır. Həzrət Səccad (ə) onun imamıdır. Zeynəb, o İmamın icazəsi olmadan bir iş



görmür. İndi onun məsuliyyəti əvvəlkindən daha ağırdır. O, həm də İmamın canını qoruyur və onun üçün bundan mühüm bir iş yoxdur. Tarixə əsasən, Zeynəbi-Kubra ən azı üç yerdə imam Səccad (ə)-ın canını xilas etmək üçün çalışıb, canfəşanlıq etmişdir.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN