Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

ƏZİZLƏRİNİN CƏSƏDİ KƏNARINDA

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 22:41)
Reytinq:rating 467 article (0)
Oxunmuş:21
Fikirler:0
screenƏhli-beyt əsirləri hərəkət vaxtı düşmənə and verdilər ki, onları Hüseyn qətligahından aparsınlar. Bəlkə onları görmək ürək yaralarına məlhəm ola. Ürəklərini boşaldıb, hicran qəmi dastanını əzizlərinə söyləsinlər ki, müsibət yükləri yüngülləşib, ürəkləri bir qədər sakit olsun.





Əzizlərinin qana bələşmiş cəsədlərini və tikə-tikə olmuş bədənlərini görəndə isə, taqət gətirməyib, ürəklərini əldən verdilər. Ürək dağları təzələndi, canları odlandı, göz yaşları axdı və hər tərəfdən nalə və şivən ucaldı.
Əhli-beytin əzizlərinin ölü bədənləri ilə görüşü o qədər qəmli və kədərli idi ki, dost və düşmənin ağlamasına səbəb oldu.




Bu ilk əzadarlıq məclisi idi ki, qətligahda, Seyyidüş-şühədanın pak bədəni yanında bərpa oldu və tarixdə belə qəmli və yanıqlı məclis qurulmamışdır.
Bu arada Zeynəbin naləsi daha sarsıdıcı və ürək yandırandır. Zeynəb qanına qəltan və bədəni tikə-tikə olmuş qardaşının başı üstündə üzünü Mədinəyə çevirib ata-anasını,






baba və əcdadını səsləyir, yüz ah və yanğı ilə ürək səhifəsi açır. O ən isti hiss və duyğularını inkar etməklə yanaşı, özünün təbliğ vəzifəsini də unutmur. özünü və iftixarlı ailəsini, Peyğəmbər, Əli, Fatimə və Həmzəni tanıtdırır və dünyaya bildirir ki, belə bir xanədan heç vaxt zillət qəbul etməz. O böyük qadının qəmli nəğməsini





düşmən cəbhəsinin rəsmi yazarı Həmid ibni Müslümün dilindən eşidək: And olsun Allaha, unutmaram ki, Əli qızı Zeynəb ağlayır, dərdli avaz və qəmli qəlblə deyirdi: Ey Məhəmməd! Göyün mələkləri sənə salam göndərir. Bu qanlı və tikə-tikə bədən sənin Hüseynindir. Onun üzvləri bir-birindən ayrılmış və sənin qızların əsir düşmüşlər.





Allaha, Məhəmməd-Mustəfaya, Əliyyi-Murtəzayə, Fatimeyi-Zəhra və Həmzə-Seyyüdüş-şühədaya şikayət edirik. Ey Məhəmməd! Bu sənin Hüseynindir, çöldə düşüb. Külək onun bədəninə toz-torpaq səpir. O, zinazadələrin əli ilə öldürülmüşdür. Heyf və əfsus! (Elə bil) bu gün cəddim Rəsulullah vəfat etmişdir. Ey Peyğəmbər dostları! Bunlar Mustəfa övladlarıdırlar ki, əsirlər kimi aparırlar.



Ravi deyir: Hamısı öz əzizlərinin müsibətinə elə yanıqlı nalə edir və onlarla dərdləşirdilər ki, Allaha and olsun, dost-düşməni ağlatdılar.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN