Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

İMAMIN ŞƏHADƏTİ

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 22:56)
Reytinq:rating 472 article (0)
Oxunmuş:24
Fikirler:0
screenKərbəla çölü, tarixin ən böyük hadisələr yatağı, Aşura isə bəşəriyyət və varlıq aləminin ən acı və qəhrəman günüdür. Yer və göyü, aləmin mələk və mövcudlarını ağladan bir hadisə sona çatır. Qan göydən yağıb, yerdən qaynayır. Səma qaralır,




qırmızı küləklər əsir və üfüq qan içində batır. İnsanlar əzab gözləyirlər. Peyğəmbərin vəfatından sonra ən böyük müsibətlərdən biri Əhli-beytə üz tutur. İmam Həsən (ə)-ın sözü ilə desək: Aləmdə onun kimi bir gün yoxdur.
İmam Hüseyn (ə) qaynar Kərbəla səhrasında susuz dodaqla və iman dolu qəlblə qaniçən düşmən ordusunun qarşısında dayanır.




Əbdullah ibni Əmmar ibni Həcus deyir: Mən çoxlu düşmən hücumuna məruz qalan heç bir məğlubu, Hüseyn ibni Əlidən daha möhkəm qəlbli, arxayın və aram ürəkli, sabitqədəm görməmişəm. Onun bütün övladları, qohum və dostları qətlə yetirildiyi halda belə! Belə vəziyyətdə o, düşmənə hücum edəndə döyüşçülər onun qabağından qaçır, pərən-pərən düşürdülər.




ömər ibni Səd qoşun üzvlərinə qışqırırdı: Bu Ənzəi Bətin (Əli ibni Əbi Talib) oğludur! Bu, ərəbləri öldürənin oğludur! Onu mühasirə edib hər tərəfdən ona hücum edin!






4000 nəfər ox atan onu əhatə edirlər. Və onunla xeymələrin arasını bağladılar.
Həzrət Seyyüdüş-şühəda fəryad etdi.
«Ya şiətə ali əbi Süfyanə! İnləm yəkun ləkum dinun və kuntum la təğamunəl məadə




fəkunu əhrarən fi dunyakum! Vərciu ila əhsabikum in kuntum urbən kəma təzumun».
«Ey Əbu Süfyan davamçıları! Əgər sizin üçün bir din yoxdursa və məaddan da qorxmursunuzsa, heç olmasa dünya həyatınızda azad olun. Və əgər düşündüyünüz kimi, ərəb tayfasındansınızsa öz əcdadınıza qayıdın (və namərd işlərdən uzaq olun!»)
Şimr, Həzrəti səslədi ki, ey Fatimə oğlu nə deyirsən?




Həzrət buyurdu: “Mən sizinlə vuruşuram! Qadınlar üçün cəza yoxdur və nə qədər ki, mən diriyəm öz təcavüzkar və yağı əsgərlərinizi hərəmə əl uzatmaqdan saxlayın!” Şimr dedi: İstəyini qəbul edirəm!
Düşmən hamılıqla Həzrətə tərəf üz tutdu. Vuruş şiddətləndi və həzrətin susuzluğu çoxaldı.
İmam ikinci dəfə vidalaşmaq üçün xeyməyə gəldi və hərəm əhli ilə vidalaşdı. Sonra isə mübarizə mərkəzinə qayıtdı. O, çox-çox deyirdi:




«La hövla və la qüvvətə illa billah».
“Allah-təalasız heç bir hərəkət və dəyişiklik, qüvvə və qüdrət yoxdur.”
Əbul Hətuf Cofi mübarək alnına bir ox vurdu. Həzrət onu çıxartdı, qan üzünə axdı və dedi: “Pərvərdigara! Sənin sözə baxmaz bəndələrin tərəfindən mənə yetişən bu halıma agahsan.



İlahi, bir-bir onları say! Onları ayrı-ayrılıqda həlak elə! Onlardan birini də yer üzündə qoyma! Və heç vaxt onları bağışlama!
Bu halda, dəymiş yaraların çoxluğundan, Həzrət o qədər zəifləmişdi ki, aram olmaq üçün dayandı. Amma bir kişi alnına daş vurdu, qan üzünə axdı. öz paltarı ilə qanı gözlərindən silmək istəyəndə başqa bir kişi üç guşəli oxla mübarək qəlbini hədəf seçdi.





Peyğəmbər övladı Allaha ərz etdi:
«Bismillahi və billah və əla milləti Rəsulillah. Və rəfəə rəsəhu iləs-səmai və qalə: İlahi innəkə tələmu ənnəhum yəqtülunə rəcülən leysə əla vəchil ərzi ibni nəbiyyin ğeyruhu».




!Allahın adı və özüylə, Allah Rəsulunun milləti və dini xatirinə (bu şəhadət mənə nəsib olur).” Başını göyə tərəf qaldırıb, dedi: “Mənim Allahım! Sən bilirsən ki, bu insanlar bir kişini öldürürlər ki, geniş yer üzündə ondan başqa Peyğəmbər övladı yoxdur!”




Əl atıb belindən oxu çıxartdı. Qan havadan axan su kimi axırdı.
Həzrət, əlini qanın altına tutdu. Dolandan sonra isə, göyə səpib buyurdu: “Bu hadisə Allahın gözləri qarşısında olduğu üçün, mənə olduqca asan və qorxusuzdur”.
O qandan bir damcı da yerə tökülmədi.
Sonra ikinci dəfə əlini qanın altına tutub, doldurdu. Onunla baş, üz və mübarək saqqalını qana boyayıb dedi: “Allahla və cəddim Peyğəmbərlə görüşənədək elə bu halda qalacağam”.





Onun mübarək bədənindən o qədər qan axmışdı ki, daha qüvvəsi qalmamışdı. Yerin üstündə oturub, çətinliklə başını yuxarıda saxlayırdı. Bu vaxt Malik ibni Bosr gəlib Həzrətə söyüş verdi və qılıncla başına zərbə endirdi.
Dəbilqə – yəni Həzrətin başında olan hündür papaq qanla doldu. Həzrət dəbilqəsini atdı və adi baş örtüyünün üstündən əmmamə, bəzilərinə görə isə dəsmal bağladı.





Zürət ibni Şərik o Həzrətin sol çiyninə zərbə endirdi. Həsin Həzrətin boğazını oxladı. Bir başqası mübarək boynuna zərbə vurdu. Sinan ibni Ənəs nizə ilə əvvəlcə sinəsinin üstünə, sonra isə boğazına bir ox batırdı. Saleh ibni Vəhəb də böyründən oxladı.




Hilal ibni nafe deyir: Hüseyn can verəndə mən onun yaxınlığında durmuşdum. And olsun Allaha, ömründə bütün bədəni qana boyandığı halda, Hüseyn kimi gözəl üzlü və nurani sifətli qətlə yetən görmədim. And olsun Allaha onun, üzünün nuru məni onu öldürmək fikrindən daşındırdı.
O cür ağır və çətin halda gözlərini göyə tutub, Həzrət Rəbbi-Zülcəlalın dərgahına duada ərz edirdi:



«Səbrən əla qəzaikə ya Rəbbi, la ilahə sivakə ya ğiyasəl mustəğisin».
“Sənin təqdiratın və fərmanın qarşısında səbr edib dözürəm, İlahi! Səndən başqa Allah yoxdur, ey ona sığınanların pənahı!





Həzrət Məhəmməd Baqir (ə)-dan rəvayət olunmuşdur ki, həzrətin atı uca səslə kişnəyir, alnını həzrətin qanına bulaşdıraraq qoxulayır və dilə gəlirdi: “Fəryada yetiş! Fəryada yetiş bir ümmətdən ki, öz Peyğəmbərlərinin qızını və oğlunu öldürürlər.”
Sonra hərəm xeymələrinə fikir verdi:




Ummu Gülsüm fəryad edirdi:
«Va Muhəmməda, və Əbəta, və Əliyya, va Cəfəra, va Həmzəta».
“Bu Hüseyndir ki, Kərbəlanın quru biyabanında yerə düşüb.”
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN