Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

ƏHLİ-BEYTLƏ VİDA

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (15.04.2019 / 23:03)
Reytinq:rating 474 article (0)
Oxunmuş:34
Fikirler:0
screenİmam Hüseyn (ə) öz ətrafına baxır. Bütün səhabə və köməkçiləri şəhadətə çatıblar. O, ən yaxşı və vəfalı insanlardan ibarət olan Əhli-beyti ilə vidalaşmaq üçün xeymələrə



sarı gedir. Əhli-beytin ən əziz və ən istəkliləri olan Hüseyndən ayrılmaq onlar üçün necə də ağırdır! çox çəkməyəcək ki, Allahın ən yaxşı məxluqu və özlərinin ən böyük hamilərini Kərbəlanın isti torpaqları üzərində görəcəklər.
Bu ayrılığın İmam (ə)-a Əhli-beytdən hansı biri üçün daha çətin olmasını söyləmək




olmaz. Lakin, bu iddianı etmək olar ki, bu, tarixin ən dərdli vidası olmuşdur. İmam Hüseyn (ə) nida edir: «Ey Səkinə! Ey Fatimə! Ey Zeynəb! Ey Ummu Gülsüm! Salam olsun sizə! Bu görüşün son anlarıdır!» İmamın istəkli qızı Səkinə qışqırır. Ey ata! ölümə gedirsən? İmam buyurdu: Heç bir dostu, köməyi olmayan şəxs, necə ölümə getməsin?




Sonra Əhli-beyt qadınları şivən edir və İmam (ə) onları sakitləşdirir.
İmam (ə) Səkinəni çox sevir. Onu sinəsinə sıxıb, gözlərinin yaşını silir və buyurur: “Ey Səkinə, bil ki, məndən sonra çox ağlayacaqsan, amma hələ ki, bədənimdə can var, göz yaşlarınla məni həsrətdən ayırma!”





Aşura günüdür. İmam Hüseyn (ə) anbaan öz məbudunun görüşünə yaxınlaşır. Köməkçi və müdafiəçilərindən, daha heç kəs qalmamışdır. İmamın mübarək bədəninin çoxlu yarası vardır. Susuzluq onu çox zəiflətmiş, əzizlərinin dağlı ürəyini sındırmışdır. Qardaşı Əbbasın şəhadəti onu hər şeydən daha çox kədərləndirmişdir və Hüseyn (ə) düşmənin zahiri baxışında tənha və yalqızdır. Lakin, bütün bunlarla yanaşı, onun qəlbi arxayın





və aramdır. O, dodaqaltı və batində öz Allahı ilə danışır, aşiqanə pıçıldayır. Düşmən özü də etiraf edir ki, müsibət və təzyiqlər onun səbr və müqavimətini azaltmamışdı.
Hər an şəhadətə yaxınlaşdıqca imam Hüseyn (ə)-ın çöhrəsi daha şad və işıqlı görünür.
Bu təklik hərəm xanımları və uşaqları üçün çox ağırdır. necə dözmək olar ki, yer üzünün ən əziz və şərafətli insanı, Allahın höccəti heç bir köməksiz düşmən mühasirəsində qala?!





Bu vaxt imam Hüseyn (ə)-ın kiçik oğlu Əbdullah xeymələrin arasında idi. O, əmisinin tənhalığını görüb, ixtiyarsız olaraq xeymədən çıxır. Tələsik özünü düşmənlərin arasına salır. Zeynəbi-Kubra, hərəm xanımları və uşaqlarından çox muğayatdır və öz





imamının fərmanını yerinə yetirir. Amma, deyəsən qardaşının başına gələnlərin ağırılığı, ona hər şeyi unutdurmuşdur. O, birdən görür ki, Əbdullah Hüseyn (ə)-a tərəf qaçır. Zeynəb sürətlə onu təqib edir. İmam Hüseyn (ə)-da əmr edir ki, Zeynəb onu saxlasın. Amma, Zeynəb bir şey edə bilmir. Əbdullah and içir ki, əmimdən






ayrılmaram. Bu vaxt düşmənlərdən biri İmama qılınc çəkir. Əbdullah öz qolunu düşmənə qalxan edir. Qılınc zərbəsindən qolu möhkəm zədələnib dəridən asılı qalır. Uşaq qışqırır. İmam onu qucaqlayıb dözməyini istəyir. Birdən Hərmələ, ona tərəf bir ox atıb, Əbudullahı İmamın qucağında şəhadətə yetirir. Zeynəb isə eləcə səhnəyə baxır. Dağ üstə dağ, səbr üstə səbr.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN