Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

SÜBH AÇILIR

Taqlar:həzrət zeynəbin s ə həyatı sübh açilir
Yerleşdirdi:Admin (19.04.2019 / 15:24)
Reytinq:rating 512 article (0)
Oxunmuş:36
Fikirler:0
screenAşura gecəsi özünün son anlarını yaşayırdı. Bir gecə ki, imam və dostları üçün Allah münacatı və mənəviyyatla yanaşı Allaha qovuşmaq və dost görüşünün asudə və rahatlığı, sevinc və şadlığı ilə dolmuşdu. Bir gecə ki, ömər Səd və əsgərləri üçün iztirab,






həyacan və nigaranlıq gətirmişdi. Sabah Peyğəmbər övladı ilə vuruşmaq lazımdırmı? Doğrudanmı imamı və onun dostlarını qətlə yetirməliyik? Bəs Allaha nə cavab verəcəyik? Görəsən Yezid, İbni Ziyad başqa Əməvi hökumət başçıları öz vədlərinə əməl edəcəklərmi?
Hər iki cəbhə gecəni oyaq qaldı. Bir cəbhə sevinc, şadlıq və şəhadət eşqindən, o biri





cəbhə isə qorxu, iztirab və həyacandan yata bilmirdi.
nəhayət sübh açıldı və imamın səhabələri bütün vücudlarıyla Allah düşmənləri ilə qarşılaşmaq üçün özlərini hazırladılar.





Əba Əbdillah səhabələrinin gecə yatmaq və istirahət əvəzinə namaz və Quran, Allaha istiğfar və münacatla keçirmələrinə baxmayaraq, onların cismi və fiziki gücü azalmamış, eşq onlara yeni güc və qüvvə bəxş etmişdi. Allah, Allah yolunda və Allahın Höccəti, zamanın imamı həzrət Hüseyn (ə)-ın qarşısında şəhadətə olan eşq!
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN