Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

AŞURA GECƏSİNDƏ ZEYNƏB ŞƏFQƏTİ

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (19.04.2019 / 19:36)
Reytinq:rating 520 article (0)
Oxunmuş:36
Fikirler:0
screenAşura gecəsi son gecədir ki, İmamın mübarək vücudu Əhli-beyt xeymələrinə nur saçır. O gecə hamı öz ilahi vəzifəsi ilə məşğul idi. Bir hərəkat rəhbəri kimi, imam Hüseyn





(ə)-ın məsuliyyəti hamıdan ağırdır. Ondan sonra isə, həzrət Zeynəb (s) İmamın vəfalı bacısı bu ağır və məsuliyyətli vəzifəni öhdəsinə götürmüşdü.
Təsəvvür etmirik ki, bu əzəmətdə ruh və bu əhəmiyyətdə vəzifəsi olan Zeynəbin, belə bir həssas zamanda Zeynəbin gözünə yuxu getmiş ola.





İmam Səccad (ə)-ın canını qorumaq, ona tibbi yardım göstərmək Aşura gecəsi və ondan sonra Zeynəbin ən böyük vəzifəsi idi. Bu köməklərdən bəziləri imam Səccaddan nəql olunmuşdur.
Zeynəb düşmənin cinayət və zülmləri qarşısında imamət keşikçisidir. İmamət xətti





həzrəti imam Səccad (ə) vasitəsi ilə davam etməli idi. Və bəlkə elə ona görə də Allahın məsləhəti ilə xəstələnmişdi. Düşmən istər Aşura günü, istərsə də ondan sonrakı mərhələlərdə dəfələrlə imam Səccad (ə)-ın canına qəsd etməyə cəhd göstərmişdi, lakin hər dəfə də Zeynəbin amansız təzyiq və etirazlarına məruz qalmışdı.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN