Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

KƏRBƏLA VƏ ƏBƏDİYYƏT

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (19.04.2019 / 20:09)
Reytinq:rating 526 article (0)
Oxunmuş:36
Fikirler:0
screen“Kərbəla” şiə lüğətnaməsində çox işlənən sözlərdəndir. Bir müsəlman tapmaq olmaz ki, Kərbəla adını eşitməmiş olsun. çünki, Kərbəla islam və Quranla, izzət və cihadla və bütün yaxşılıqlarla sıx bağlıdır.




Axı Kərbəlaya biganə olan kəs, könlünü nəyə verəcəkdir? Müsəlmanlıq, Peyğəmbər və Əhli-beyt ilə dostluq iddiası edən bir insan Kərbəla səhnələri ilə tanış olmaya bilərmi?



Əgər bu gün dünyada xalis tohid parlayır və Kəbə, Allah və islam eşqi ilə dolu qəlblərin təvaf yeridirsə, heç şübhəsiz ki, bunlar Peyğəmbərin üzücü zəhmətləri hesabına başa gəlmişdir. Amma bu da şübhəsizdir ki, əgər Hüseyn (ə)-ın qiyamı olmasaydı, bu gün o zəhmətlərdən heç bir əsər-əlamət qalmazdı. Məgər bu qiyam





Peyğəmbər dinini diriltmək və islami dəyərləri qorumaq üçün deyildimi ki, Allah Rəsulunun yerində Müaviyə və Yezid kimi murdar iddiaçılar oturmuşdular?
Kərbəla vaqiyəsi imamın həyatının yalnız son günlərini təşkil etməsinə baxmayaraq, bu günlərin əzəmət və cəlalı bəşər tarixinin o dahi simasının bütün həyatını üstələmiş





və Hüseyn adını həmişə Kərbəla adı ilə yoldaş etmişdir. Elə bil, imamın bütün həyatı bu dövrdə xülasə olmuşdur. Bu orada, Zeynəbin adı da qardaşı Hüseynin adı kimi Kərbəla ilə yanaşı çəkilir.
Zeynəbin Kərbəlaya daxil olması ilə onun həyat tarixi də əbədiyyətə qovuşdu. Harada




Hüseyn var, Kərbəla var, orada Zeynəb də var. Kərbəla tarixi həm də Zeynəb tarixi deməkdir.
Bu əzəmət və cəlal Zeynəbin Kərbəladakı və Aşuradkı sonrakı həyat tarixinin onun həyatının başqa dövrlərindən daha aydın səbt olunmasına səbəb olub.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN