Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

ACI XƏBƏR

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (20.04.2019 / 21:17)
Reytinq:rating 552 article (0)
Oxunmuş:41
Fikirler:0
screenHüseyn (ə) karvanı Məkkədən İraqa tərəf hərəkətdədir. Aram-aram Məkkədən uzaqlaşıb İraqa yaxınlaşır. Yol boyu müxtəlif hadisələr baş verir. İmam bəzi dayanacaqlarda müsəlmanları onlara qoşulmağa çağırır.



Züheyr ibni Qin kimi bəziləri vəfalı və mömin həyat yoldaşının təşviqi ilə imamın dəvətinə ləbbeyk deyir. Bəziləri isə əsassız dəlillərlə əbədi səadətdən məhrum qalırdılar.




Karvan əhli gecə vaxtı Sələbiyyə adlı bir yerə çatdılar. Yoldan təzə yetişmiş və mühüm xəbərləri olan iki Əhli-beyt dostu İmamın görüşünə tələsirlər.
Onlar: Bu xəbəri aşkar, hamının yanında deyək, ya məxfi və xüsusi?




Həzrət o iki nəfərə və öz dostlarına baxıb buyurdu: Mən dostlarımdan bir şey gizlətmirəm. Bizim aramızda sirr yoxdur.
Bizə doğru və mötəbər bir xəbər çatıb ki, Müslüm və Hanini Kufədə qətlə yetirib, bədənlərini bazarda yerlə sürüyüblər.




Həzərt bu xəbəri eşidən kimi neçə dəfə buyurdu:
«İnna lilla və inna iləyhi raciun».
“Allah onlara rəhmət etsin” Sonra ağlayıb özləri və işləri üçün dua etdi. Daha sonra isə buyurdu: “Hər kəs istəsə bizdən ayrılsın. Azaddır və heç bir məsuliyyəti də yoxdur”. Bu sözdən sonra bir dəstə həzrətin dövrəsindən dağıldı və İmam





Məkkədən onunla gələn bir dəstənin arasında qaldı. Bu imam Hüseyn (ə)-ın Kərbəlaya hərəkəti yolunda onun dostlarından alınan ilk imtahan idi ki, iman və sədaqətlə həzrətlə yoldaşlıq edənlər dünya tamahı, məqam və rəyasət istəyi ilə ona qoşulanlardan ayrıldılar.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN