Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

ÜMUMİ DƏVƏT

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (21.04.2019 / 22:16)
Reytinq:rating 554 article (0)
Oxunmuş:48
Fikirler:0
screenİmam (ə) Məkkədən çıxan zaman bir xütbə oxuyub orada bəzi gələcək hadisələri təkrarlayaraq özünün şəhadətə olan eşqini izhar etdi. Sonda isə, bir cümlə ilə Əhli-beyt yolunda şəhadət aşiqləri və Allah görüşünə nail olmaq istəyənlərə öz ümumi dəvətini bildirdi:






“Həmd Allah üçündür. Allah istədiyi olacaqdır və onun iradəsindən başqa heç bir qüvvə hökm edə bilməz. Allahın salamı olsun Onun Rəsuluna”.
Boyunbağı qızlara yaraşdığı kimi, ölüm də insanlar üçün lazımdır. Yəqubun Yusifi görməyə eşqi nə qədər idisə, mənim də ata-babalarımı görməyə eşqim o qədərdir.





Mənim üçün bir qətligah təyin olunub və elə bil, öz gözlərimlə görürəm ki, çölün vəhşiləri (Kufə ordusu) nəvavis və Kərbəla arasında mənim bədən üzvlərimi tikə-tikə doğrayıb öz ac qarınlarını doyururlar. Qəza və qədər qələmi ilə yazılan bir işdən çarə və çıxış yolu yoxdur. Allahın razı olduğu hər bir şeyə biz də razıyıq. Bəla və





imtahan qarşısında səbr edib dözərik. Allah səbr edənlərə vəd etdiyi əcri bizə əta edəcəkdir. Peyğəmbərlə onun övladları arasında heç vaxt ayrılıq düşməyəcək. Səfalı behiştdə onun yanında olacaqlar. çünki, (dünyada) onun şadlığına səbəb olublar və




onun vədəsi də (Allah hökmətinin bərpası) onların vasitəsi ilə həyata keçəcəkdir.
Bilin ki, mən sabah sübh hərəkət edəcəyəm – İnşəallah. Sizlərdən bizim yolumuzda öz qanından keçməyə və canını Allah görüşü və şəhadət yolunda qurban verməyə hazır olan hər bir kimsə bizimlə səfərə hazırlaşsın.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN