Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Həzrət Zeynəbin (s.ə.) həyatı

İMAM HƏSƏN (Ə)-IN İMAMƏT DÖVRÜ

Taqlar:həzrət zeynəbin s ə həyatı
Yerleşdirdi:Admin (21.04.2019 / 22:47)
Reytinq:rating 567 article (0)
Oxunmuş:44
Fikirler:0
screenİmam Həsənin (ə) imamət dövründə xalqın vəziyyətini təsəvvür etmək üçün Əlinin Kufə əhli barəsində fikirlərinə diqqət etmək kifayətdir. çünki, ondan qabaq bu xalqın rəhbər və hakimi o Həzrət olmuşdur. Bu xalq Əlinin (ə) təbiri ilə desək ağıl və şüur cəhətdən uşaq kimi, vəfasızlıqda elə bir səviyyədədirlər ki, həzrət özü «kaş onları görməyəydim» deyə arzu edir.





İmam Həsən Müctəba (ə) belə bir xalq və belə bir ruhiyyələrlə üzləşmişdir və təbii ki, bu xalqla işləmək, onlarla düşmənə qarşı mübarizə aparmaq faydasızdır. Onlardan gözləmək olar ki, imamın ayağı altından səccadəni çəkib, özünü təhqir etsinlər və ya onu öldürməyə çalışıb, qılıncla yaralasınlar.




Zeynəb qardaşı Müctəbanın imaməti dövründə də atasının məzlumiyyəti günlərində olduğu kimi xalqın vəfasızlığı, düşmənlərin hiyləsi, Müaviyənin dəqiq və geniş təbliğatı və nəhayət qardaşının məzlumiyyət və tənhalığından başqa bir şey görmədi. O, öz zaman mühitini yaxşı tanıyır və bilirdi ki, zalım əleyhinə qiyam etmək məsum imam ünvanında kamil insan və saleh bir bəndənin rəhbərliyi ilə yanaşı, vəfalı və müti bir xalqa da möhtacdır.





O, şahid oldu ki, Əhli-beytin müdafiə iddiaçıları çətinlik və imtahan zamanı zəiflik göstərir, dini və mənəvi dəyərləri fani dünyaya satıb məsum və ilahi rəhbərlərini öz şeytani arzularına qurban edirlər. Zeynəb dost və düşməni tanıyır, imamının istəklərini icra etməkdən başqa bir şey düşünmürdü.






Zeynəb bu müddətdə özünü qardaşı imam Həsənin (ə) bütün dərdlərinə şərik bilir, zəhərlənərkən necə ciyar qanı içdiyinin şahidi olur, onun məzlumanə şəhadətini, cənazəsinin oxlanaraq təhqir olunmasını öz gözü ilə görürdü. Nə qəmli yaşlar axdı gözündən və nə dağlar çəkildi onun dağlı qəlbinə!!!





Bu dərd və müsibətlərin, qəm və qüssələrin əzəmət və böyüklüyünü Zeynəb Aşura gecəsi dilinə gətirdi. Qardaşı imam Hüseynin (ə) oxuduğu şerlərdən onların da şəhadətini duyaraq fəryad etdi. «Həzər bu müsibətdən kaş ölüm həyatıma son qoyaydı. Bu gün, anam Fatimə, atam Əli və qardaşım Həsənin dünyadan gedən günlərinə bənzəyir».





Bəli, bütün bu müsibətlərdə Zeynəbin şüarı həmən Seyyidüş-şühədanın şüarıdır ki, Kərbəlanın ağır müsibət dalğalarında dodaqaltı zümzümə edirdi:
«...Səbrən əla qəzaikə, la ilahə sivakə, ya ğiyasəl mustəğisin».
“Sənin qəza və qədərinə səbr edirəm, İlahi! Səndən başqa Allah yoxdur. Ey kömək istəyənlərin fəryadına çatan!”
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN