Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Məlumatlar

Xəstəliklərdən şəfa verər, bəladan qoruyar

Müellif: Eli_Sadiqi (15.01.2020 / 01:11)
Qurani-Kərimin 59-cu surəsi olan “Həşr” surəsi Mədinədə nazil olmuşdur. 24 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini oxuyar – behişt və cəhənnəm, ərş və kürsü, yeddiqatlı səma, yeddiqatlı yer, hava, külək, quşlar, ağaclar, dağlar, Günəş və Ay, mələklərin hamısı ona salavat göndərər, onun üçün bağışlanma istəyərlər. Əgər bu surəni oxuduğu gecədə vəfat edərsə, şəhid hesab olunar”.

Bu surənin bərəkətləri:

1. Xəstəliklərin şəfasıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Həşr surəsinin son üç ayəsini oxuyan zaman əlini başına qoyun və ayələri qiraət edin ki, bu, Cəbrayilin Allah tərəfindən olan tövsiyəsidir. Bu əməl bütün xəstəliklərin şəfasıdır – ölümdən başqa”.

2. Bəladan amanda saxlayar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini cümə gecəsində oxuyarsa, səhərə qədər müxtəlif bəlalardan amanda olar”.

3. Hafizəni gücləndirər. İmam Sadiq (ə) buyurur: “Hər kim “Həşr” surəsini yazar və pak su ilə yuyar və içərsə – güclü hafizə ona nəsib olar”. (Beytutə)

4. Günahların bağışlanması. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsinin son üç ayəsini oxuyarsa, keçmiş və gələcək günahları bağışlanar”.

/Deyerler.org/

Bir böyrəyi olanlar nələrə diqqət etməlidir

Müellif: Eli_Sadiqi (12.01.2020 / 08:36)
Mütəxəssislər, yalnız bir böyrəklə yaşamağın çox böyük nəticələrə gətirib çıxarmayacağını və insanların normal həyatlarını davam etdirə biləcəklərini ifadə edir. Lakin mütəxəssislər, bir böyrəklə yaşayanların bəzi mövzularda yenə də daha diqqətli olmalarını vurğulayır.

Bir böyrəklə normal bir həyat tərzi sürməyin mümkün olduğunu ifadə edən mütəxəssislər, həmin insanların yaşayacağı ən əhəmiyyətli problemin təzyiq yüksəlməsi olduğunu deyir. Bu səbəblə bir böyrəyi olanlar həddindən artıq duzlu qidalardan uzaq dayanmalı və təzyiqinə mütəmadi olaraq nəzarət etməlidir.

Yüksək təzyiq başlanğıcı ümumiyyətlə 40 və 50 yaşlarında olur, ancaq erkən yaşda ortaya çıxan hipertəzyiq, böyrəklərdə yaşanan bir vəziyyətdən qaynaqlana bilər. Ehtimallar arasında bir böyrək, kiçik böyrək, böyrək arteriya darlığı və böyrək çatışmazlığı iştirak edir. Buna görə 40 yaşdan aşağı olanlarda hipertəzyiq diaqnozu qoyulan insanlar, mütləq böyrəklərinə nəzarət etməlidir.

Buna əlavə olaraq, bir böyrəyi olan qadınların daha rahat doğum etdiyi ifadə edilir. Lakin bu sağlamlıq vəziyyətindən xəbərdar olan bir böyrəkli qadınlar, hamiləlik müddətində təzyiqin artması müqabilində diqqətli olmalı və duz istehlakında tədbirli olmalıdır.



/Deyerler.org/

"WhatsApp"da qrup yaratmaq istəyənlər polis şöbəsinə gedəcəklər

Müellif: Eli_Sadiqi (12.01.2020 / 08:25)
Hindistanda olduqca maraqlı qərar qəbul olunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kaşmir və Ladak bölgələrində "WhatsApp" qrupu yaratmaq istəyənlər polisə xəbər verməli olacaqlar. Qrupu yaradan şəxslərdən polis şöbəsinə yaxınlaşaraq şəxsi məlumatların qeydə alınması və və bir ədəd foto tələb olunur.



Qruplarda paylaşılanlardan da yaradıcılar məsuliyyət daşıyacaq.

Bu 4 əməl pislikləri yaxşılıqlara çevirər

Müellif: Eli_Sadiqi (12.01.2020 / 08:11)
Həzrət Peyğəmbərdən (s) buyurulur ki, dörd şey pislikləri həsənəyə çevirər:
1. Doğru danışmaq. Allahın doğru danışan insandan xoşu gəlir. Çünki, Allah Özü – doğruluq məzhəridir. Hər kim doğru danışan olar – öz pis əməllərini həsənəyə çevirər və insanların hörmətini qazanar.



2. Həya. Əgər kiminsə həyası olarsa, Allah onun günahlarını bağışlayar. Pis əməllərini silər və yerinə həsənələr qoyar. Həya imandan gələr. Hər kimin imanı güclü olarsa, həyası da çox olar. Həyalı insan – təqvalı insandır. Çünki günah etməkdən həya edər və Allaha sığınar.



3. Xoş əxlaq. İnsanın o kəs üçün ürəyi yanar ki, namazına, orucuna və başqa ibadətlərinə çox əhəmiyyət verər, ancaq ailəsi ilə pis rəftarda olar. Bu pis əxlaqı yaxşı əməllərini aradan aparar və onlara ləkə sürtər. Ona görə də mömin o kəsdir ki, həm ibadət əhli olar, həm də xoş əxlaqa malik olar. Hər bir rəftarı – həm cəmiyyət içində və həm də ailəsində – başqaları üçün örnək olar.



4. Nemətin şükrünü yerinə yetirmək. Hər kim Allahın ona verdiyi nemətləri görər və onlara görə şükür edər – Allah həmin bəndəsinə dəyər verər və onu sevər. Şakir insan Allahın sevimli bəndəsi olar. Allah onun günahlarını silər və yerinə həsənələri qoyar. (Beytutə)



Allah Təala bizləri gözəl əməl sahiblərindən qərar versin!



/Deyerler.org/

Qəlyanın ölçüyəgəlməz ziyanları

Müellif: Eli_Sadiqi (12.01.2020 / 08:03)
Son günlər qəlyan çəkənlərin sayında artım müşahidə olunur. Ən dəhşətlisi isə çəkənlər arasında 16-30 yaş arasında olan qadınların çoxluq təşkil etməsidir. Hətta bir çoxları qəlyanı sırf siqareti tərgitmək bəhanəsi ilə çəkir. Lakin mütəxəssislər hesab edir ki, qəlyanın zərərləri siqaretlə müqayisədə daha çoxdur.



Mövzu ilə bağlı Axar.az-a danışan nevropatoloq Qalib Əsədov deyib ki, 1 qəlyanın insan orqanizminə təxminən 50 siqaretin verdiyi zərərə bərabər zərər yetirdiyi sübut olunub.



“Belə düşünün ki, bir qəlyan çəkəndə 50 siqaret çəkmiş olursunuz. Bundan belə qənaətə gəlinir ki, siqaretin yaratdığı xəstəliklərə qəlyan çəkənlərdə 50 dəfə çox rast gəlinir. Baş rolda da xərçəng. Qəlyanın tərkibi ağır metallarla zəngindir. Qəlyandakı arsenium, nikel, kobalt, qurğuşunun miqdarı siqaretin dumanındakı miqdardan olduqca çoxdur. Bu maddələrin hamısı torpaqdan tütünə keçən ağır maddələrdir”.



Q.Əsədov bildirib ki, qəlyanın borusu da infeksiya mənbəyidir:



“Qəlyandan gün ərzində onlarla insan istifadə edir, ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişmir. Bu səbəbdən də nəfəs yolu ilə xəstəliklərin keçməsi qaçılmazdır. Xəstə bir insanın qəlyandan istifadə etməsi mikroorqanizmlərin o boruya yerləşməsinə və sağlam birini yoluxdurmasına səbəb olur. Gənclərə məsləhətim odur ki, sağlamlıqlarının qədrini bilsinlər və hətta qəlyan çəkilən yerlərdən uzaq dursunlar”.

Deyerler.org

Seyyidlər kimdir? Onların məqamı necədir?

Müellif: Eli_Sadiqi (19.09.2019 / 16:44)
Müsəlmanların arasında xüsusilə də Əhli-beyt (ə) davamçılarının arasında seyyidlərin xüsusi ehtiramı və hörməti vardır. Bəs seyyidlər kimlərdir?

“Seyyid” sözünün lüğət mənası böyük, ağa və sərvər mənasını verir. Həzrət Peyğəmbərin (s) və onun övladlarının nəslindən olanlara seyyid deyirlər. Yəni o kəslərin nəsli ki, Haşim ibni Əbdmənafa çatır, seyyid sayılırlar.

Seyidlərin bəziləri Peyğəmbərin (s) əmiləri olan: Əbutalibin, Həmzənin, Abbasın nəslindən gəlir. Abbasın nəslindən gələnlərə bəni-Abbas deyirlər.

Həzrət Peyğəmbərin (s) oğlanları hələ kiçik yaşlarından dünyadan getmişdilər. Ona görə də Həzrətin (s) nəsli Fatimeyi-Zəhra (s.ə) vasitəsilə davam edir.

Bütün İmamlar (ə) və İmam Əlinin (ə) bütün övladları seyyid sayılırlar. Seyyidlik Peyğəmbərin (s) vasitəsilə gəlsə də, ancaq yalnız Həzrətə (s) aid deyildir. Bəlkə seyyidlik Bəni Haşimə də aid edilir. Yəni Əbutalibə, Əqilə, İmam Əliyə (ə), Həmzəyə, Cəfər Təyyara və onların övladlarına. Bir çox seyyidlərin şəcərə sənədləri mövcuddur və bu sənəd nəsildən-nəslə ötürülür və bu da onun seyyid olmasını sübut edir.

Seyyidlərin iki mühüm budağı:

1. İmam Əlinin (ə) üç övladından olan nəvələri. Bu oğlanlar: Muhəmməd Hənəfiyyə, Abbas ibni Əli, Ömər ibni Əli. Onlara ələvi seyyidliyi çatır.

2. İmam Həsən (ə) və İmam Hüseynin (ə) nəvələri. Onlara Haşimi seyyidliyi çatır.

Kərbəla hadisəsi zamanı İmam Səccaddan (ə) başqa İmam Hüseynin (ə) heç bir oğlan övladı sağ qalmır. Ona görə də Hüseyni seyyidliyi onu vasitəsilə davam edir. Sonrakı İmamların da seyyidliyi Hüseyni seyyidliyidir.

Seyyidlik - mənəvi bir şərafətdir. Həzrət Peyğəmbərin (s) nəslinin fəziləti haqqında çox sayda hədislər vardır. İmam Rza (ə) buyurur: “Biz nübuvvət nəslinin insanlar üzərində olan haqqımız Peyğəmbərə (s) görədir.”

Bəli, seyyidlərin insanların üzərində haqqı vardır. İnsanların da onların üzərində haqqı vardır. Ona görə də seyyidlər başqa insanlardan daha çox məsuliyyət hiss etməlidirlər. Öz rəftarlarına və əxlaqlarına nəzarət etməlidirlər. Əgər hər kim seyyiddirsə, Peyğəmbərə (s) qohumluğu çatırsa, Peyğəmbərin (s) ali hədəflərinə əməl edirsə, təqvaya riayət edirsə, şübhəsiz ki, bu şəxsin məqamı uca olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mənim övladlarıma ehtiram qoyarsa, onlara hörmət edərsə, həqiqətdə mənə hörmət etmiş olar”.

Əgər kiminsə anası seyyidədirsə, o da Peyğəmbərin (s) nəslindən hesab edilər. Ancaq bir çox fəqihlərin fitvasına görə, seyyid hesab edilməzlər. Düzdür, bəzi alimlər onları seyyid hesab edir. Amma Əhli-beyt (ə) məktəbinin əksər nəzərinə görə bu insanlar seyyid sayılmaz.

Hədisi yazan nəql edir: “İmam Rzanın (ə) xidmətində əyləşmişdim. Seyyid haqqında söz düşdü. Həzrətə (ə) sual verdim: “Sizin nəsildən olub yolunu azanlarla sizin nəsildən olmayanlar arasında fərq varmı?”. Buyurdu: “Bizlərdən yaxşısının əcri ikiqat və pislərinin günahı da ikiqatdır”.

Ona görə də seyyidlər gərək öz nəsillərindən sui-istifadə etməsinlər. İmam Rza (ə) ona görə də başqa yerdə buyurur: “Peyğəmbər (ə) övladı olmaq kifayət deyildir, saleh əməl lazımdır”.

(Tebyan/ Deyerler.org)

Doğru bildiyimiz 13 yanlış bilgi

Müellif: Eli_Sadiqi (19.09.2019 / 16:42)
1. "Kəpənəklərin ömrü bir gündür”. Yalnışdır! Kəpənəklərin sadəcə bir neçə növü cəmi bir gün yaşayır. Daha "kəpənək olsaydım da bu günləri görməsəydim”, "kəpənəyin qəlbini qırdınsa sabahı gün üzr istəyə bilməzsən” kimi mənasız sözlər sizə pis təsir etməyəcək.

2."Siçanlar pendiri sevirlər”. Yalnışdır! Siçanlar pendiri sevmirlər, onlar taxıl bitkilərini və şirin meyvələri sevirlər.İndi bildiniz nəyə görə tələnizə siçan düşmür?

3."Nyuton başına düşən almalardan sonra yerin cazibə qüvvəsi olduğunu kəşf etdi” Yalnışdır! O almalar Nyuton ağacın altında olarkən düşmüşdü,amma,heç biri onun başına düşməmişdi.

4."İnsan gündə 8 stəkan su içməlidir” Yalnışdır! Bu, insanın yaşından,boyundan,ölçüsünd ən və başqa xüsusi səbəblərdən aslıdır. Siz yenə də çox su için.

5."Adəm ilə Həvva qadağan olunmuş almanı yedikləri üçün cənnətdən qovulublar”. Yalnışdır! Heç bir müqəddəs kitabda o meyvənin adı keçməyib. Bu sadəcə "qadağan olunmuş meyvə” adlanıb.

6."İtlər dünyanı ağ-qara görür”. Yalnışdır! İtlər də insanlar kimi rəngli görür ,amma, insanlar qədər parlaq görmürlər.

7."Dəvələr hürgüclərində ehtiyat halda su saxlayırlar”. Yalnışdır! Dəvələr hürgüclərində su deyil yağ saxlayırlar və lazım olduqda bu yağı parçalayıb su halına çevirirlər. Əlavə məlumat kimi onu qeyd edim ki, 1 kq yağ parçalandıqda 1,1 litr su ayrılır.

8."Suşi yapon dilindən tərcümədə çiy balıq mənasına gəlir”. Yalnışdır! Suşi yaponcadan tərcümədə "turş düyü” mənasında gəlir.

9."Smartfonları yəni ağıllı telefonları gecə enerjiyə qoyub yatmaq telefonun ömrünü azaldır”. Yalnışdır! Ağıllı telefonlar enerjisi dolduğu anda enerji qəbulunu dayandıracaq qədər ağıllıdır. Necə deyərlər,gör nə günə qalmışıq ki,telefon bizdən ağıllıdır.

10."Günəş sistemində 9 planet vardır”. Yalnışdır. Pluton 2006-cı ildən bu yana rəsmi olaraq planet sayılmır. Buna səbəb isə onun bütün həyatı boyunca günəşin ətrafında fırlanmaması göstərilir. Tənbəlliyin gücünə bax ki, planet olmaq xətrinə günəş ətrafında belə fırlanmağa ərinir. Belə tənbəl birini planet olaraq qəbul edə bilmərik.

11." Sezar salatı adını Yuli Sezardan götürmüşdür”. Yalnışdır! Sezar salatı adını məşhur italyan aşbaz Sezar Kardinidən almışdır.

12." Dovşanlar kök yeməyi xoşlayırlar”. Yalnışdır! Əslində dovşanlar ot bitkilərini sevirlər. Ah bu cizgi filmləri.

13."Qrip olduğumuz zaman antibiotik qəbulunun bizə xeyri var”. Yalnışdır! Edilən araşdırmalar göstərir ki, qrip bünyənizə daxil olduğu anda antibiotikin heç bir önəmi yoxdur.

/Xəbərman.
Cemi: 7

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN